“Real” futbolçusuna Messi ilə bağlı danışmağı qadağan edib

“Real”ın hücumçusu Rodriqo argentinalı “İnter Mayami”nin forvardı Lionel Messi ilə münaqişə ilə bağlı sualı cavablandırıb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, braziliyalı futbolçu Messi ilə bağlı məsələ haqda danışmağa icazəsinin olmadığını deyib:

“Messi ilə münaqişə? Mən bu haqda danışa bilmərəm, “Real” buna icazə vermir”.

Xatırladaq ki, Rodriqo 2026-cı ildə Cənubi Amerikada keçiriləcək dünya çempionatının seçmə mərhələsinin 6-cı turunun Braziliya və Argentina milliləri arasında keçirilən görüşündən əvvəl Messi ilə münaqişə yaşayıb.

Argentina millisi Nikolas Otamendinin qolu sayəsində Braziliyanı məğlub edib.

Argentinalılar 6 oyunun nəticəsinə əsasən 15 xal toplayaraq DÇ-2026-nın seçmə mərhələsinin turnir cədvəlinə başçılıq edir. Braziliya millisi altıncı yerdədir (7 xal).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button