“Yuventus” şotlandiyalı futbolçu ilə maraqlanır

“Yuventus” “Bolonya”nın yarımmüdafiəçisi Lyuis Ferqyusonu heyətinə cəlb etmək istəyir.

Komanda.az “Tuttosport”-a istinadən xəbər verir ki, turinlilərin baş məşqçisi Massimiliano Alleqri hesab edir ki, şotlandiyalı futbolçu A Seriyasındakı təcrübəsinə görə uyğun namizəddir.

“Yuventus”un skautları artıq Ferqyusonun oyununu izləyir. Potensial transfer 4 milyon avro olaraq qiymətləndirilir.

Ferqyuson 2022-ci ildən “Bolonya”da çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 14 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button