“Liverpul”un qapıçısı üçün il başa çatdı
“Liverpul”un qapıçısı Alisson Bekker “Mançester Siti” ilə Premyer Liqanın son turunun oyununda (1:1) aldığı zədə səbəbindən bu ilin sonuna qədər komandasının oyunlarında iştirak edə bilməyəcək.
Komanda.az xəbər verir ki, bu barədə “Evening Standard” məlumat yayıb.
Braziliyalı qolkiper bud nahiyəsindən zədə alıb.
Bundan əvvəl “Liverpul”un baş məşqçisi Yurgen Klopp Alissonun zədəsinin ciddiliyi ilə bağlı heç nə bilmədiyini və tibbi müayinənin nəticələrini gözləməli olduqlarını bildirmişdi.
Braziliyalı qolkiper bu mövsüm bütün turnirlərdə 14 matçda iştirak edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin