Azərbaycan kikboksçusu Ər-Riyadda qızıl medal qazandı

Azərbaycan kikboksçusu Amin Quliyev Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən 3-cü Ümumdünya Kombat Oyunlarında qızıl medal qazanıb.

Komanda.az xəbər verir ki, o, finalda ötən il Türkiyənin Konya şəhərində keçirilmiş 5-ci İslam Həmrəylik Oyunlarının qalibi olan Əli Atabərk Gürbüzcanla qarşılaşıb.

“Lou kik” üzrə 60 kq çəki dərəcəsində keçirilən döyüşdə gənc idmançı türkiyəli rəqibinə qalib gələrək multiidman yarışının qızıl medalına yiyələnib.

Xatırladaq ki, bu, multiidman yarışında Azərbaycan Kikboksinq Federasiyası idmançılarının bu il qazandığı ikinci böyük uğurdur. Daha əvvəl Fərid Ağamoğlanov Polşanın Mışlenitse şəhərində keçirilən 3-cü Avropa Oyunlarının qalibi olmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button