ÇL: “Çox əsəbiləşirəm” – “Latsio”nun hücumçusu
“Latsio”nun hücumçusu Pedro Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunun matçında “Feyenoord”a məğlubiyyəti (1:3) şərh edib.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, komandanın oyuna zəif başladığını deyib:
“Biz matça zəif başladıq və bütün birinci hissəni rəqibə verdik. Çempionlar Liqasında isə rəqibə bir dəqiqə belə, vaxt verə bilməzsən. Dəyişmək, fərqli oynamaq lazımdır, xüsusən də, matçların əvvəlində. Çox əsəbiləşirəm, amma indi diqqətimizi növbəti görüşlərə yönəltməliyik”.
E qrupunun turnir cədvəlinə 6 xalla “Feyenoord” başçılıq edir. “Latsio” 4 xalla 3-cü yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin