Azərbaycan Premyer Liqasında mövsümün rekordu qeydə alınıb

Azərbaycan Premyer Liqasında mövsümün tamaşaçı rekordu qeydə alınıb.

Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, 9-cu turun “Neftçi” – “Qarabağ” matçına təsadüf edib.

“Neftçi Arena”da keçirilən Azərbaycan derbisini 5400 azarkeş izləyib. Buna qədər rekord “Turan Tovuz” – “Neftçi” oyununa (0:1) məxsus idi. Həmin qarşılaşmada 5000 tamaşaçı olub.

“Neftçi” – “Qarabağ” görüşündə qonaqlar 2 cavabsız qolla qalib gəliblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button