ÇL: 2014-cü ildən bəri qol ötürməsi verən ən yaşlı futbolçu
“Sevilya”nın müdafiəçisi Serxio Ramos Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunun PSV-yə qarşı matçında (2:2) rekorda imza atıb.
Komanda.az xəbər verir ki, ispan müdafiəçi görüşün 68-cı dəqiqəsində komanda yoldaşı Nemanya Qudelin vurduğu qolun ötürməsini verib. Bununla da, 37 yaş 187 günlüyündə olan müdafiəçi 2014-cü ildən bəri ÇL-də qol ötürməsi verən ən yaşlı futbolçu kimi tarixə düşüb.
Əvvəlki rekord “Roma”nın sabiq hücumçusu Françesko Tottiyə məxsus idi – 37 yaş 355 gün. Totti 2014-cü ildə ÇSKA ilə matçda (5:1) məhsuldar ötürmə etmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin