AFFA “Karvan” – “Mingəçevir” oyunu ilə bağlı qərarları açıqladı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, iclasda 1-ci Liqanın ilk turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

1-ci Liqanın 1-ci turunun “Karvan” – “Mingəçevir” oyununda “Karvan” klubunun futbolçusu Müşfiq Teymurov rəqib azarkeşlərə qarşı qeyri-etik jest etdiyinə görə 4 oyun cəzalanır, “Karvan” klubu 350 manat cərimə edilir.

“Karvan” – “Mingəçevir” oyununun 65-ci dəqiqəsində “Mingəçevir” klubunun qapıçısı Elçin Qasımov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır, “Mingəçevir” klubu 300 manat cərimə edilir.

“Karvan” – “Mingəçevir” oyununun 67-ci dəqiqəsində “Mingəçevir” klubunun futbolçusu Elvin Əlizadə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqdan sonra oyunun rəsmi şəxslərini təhqir etdiyinə görə 4 oyun cəzalanır, “Mingəçevir” klubu 300 manat cərimə edilir.

“Karvan” – “Mingəçevir” oyununun 67-ci dəqiqəsində “Mingəçevir” klubunun məşqçisi Sönməz Quliyev meydana daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Mingəçevir” klubu 150 manat cərimə edilir.

“Karvan” – “Mingəçevir” oyununda “Mingəçevir” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Mingəçevir” klubu 80 manat cərimə edilir.

“Karvan” – “Mingəçevir” oyununda “Mingəçevir” klubunun azarkeşləri tərəfindən rəqib futbolçunun ünvanına kütləvi şəkildə qeyri-etik ifadələr işlədildiyinə və bu hal mövsümdə ilk dəfə yaşandığına görə “Mingəçevir” klubuna xəbərdarlıq edilir.

“Karvan” – “Mingəçevir” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Karvan” klubu 80 manat cərimə edilir.

“Zaqatala” – “İrəvan” oyununda xərəkdaşıyan uşaqların sayı ilə bağlı əsasnamənin tələbləri pozulduğuna görə “Zaqatala” klubu 80 manat cərimə edilir.

“Araz Saatlı” – “İmişli” oyununda “Araz Saatlı” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Araz Saatlı” klubu 70 manat cərimə edilir.

“Qaradağ Lökbatan” – “Şamaxı” oyununda “Şamaxı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Şamaxı” klubu 70 manat cərimə edilir.

“Qaradağ Lökbatan” – “Şamaxı” oyununa təcili tibbi yardım avtomobili təyin olunmuş vaxtdan gec gəldiyinə görə “Qaradağ Lökbatan” klubu 100 manat cərimə edilir.

“Qaradağ Lökbatan” – “Şamaxı” görüşündə oyun günü planının tələbləri pozulduğuna görə “Qaradağ Lökbatan” klubu 100 manat cərimə edilir.

“Qaradağ Lökbatan” – “Şamaxı” görüşündə PFL-in əsasnaməsinin tələbləri pozulduğuna görə “Qaradağ Lökbatan” klubu 50 manat cərimə edilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button