PSJ-dən Neymarın açıqlamasına cavab gəldi

PSJ rəhbərliyi Neymarın komandanın keçmiş hücumçusu Lionel Messi ilə birlikdə Paris klubunda çətin günlər keçirməsi ilə bağlı sözlərinə reaksiya verib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, parislilər hər iki oyunçunun vaxtı ilə komandada qalmaq istədiklərini bildirib:

“Biz heç bir şərh vermirik. Bizdə müəyyən zəriflik var. Maraqlıdır ki, hər iki oyunçu PSJ-də qalmaq istəyirdi”.

Braziliyalı futbolçu daha əvvəl bunları demişdi:

“Parisdə Messi də mənim kimi “cəhənnəm”ə düşdü. Üzüldük, çünki ora bir səbəblə, əlimizdən gələni etmək və Çempionlar Liqasını qazanmaq, tarix yazmağa çalışmaq üçün getmişdik. Təəssüf ki, uğur qazanmağa vaxtımız olmadı”.

Hər iki futbolçu bu yay PSJ-dən ayrılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button