Benzema “Əl-İttihad”ın son məşqini buraxıb

“Əl-İttihad”ın hücumçusu Kərim Benzema komandanın son məşqində iştirak etməyib.

Komanda.az “Asharq Al-Aswat”-a istinadən xəbər verir ki, buna səbəb 35 yaşlı futbolçunun baş məşqçi Nuno Espirito Santo ilə fikir ayrılığı yaşaması olub. Öncədən portuqaliyalı mütəxəssis klub rəhbərliyindən Benzemanı transfer etməmələri ilə bağlı xahiş edib.

Fransa millisinin keçmiş üzvü yay transfer pəncərəsində “Real”ı tərk edib və Səudiyyə Ərəbistanı klubuna keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button