“Onların bizdən yaxşı olduğunu düşünmürəm” – Onana

“Mançester Yunayted”in qapıçısı Andre Onana İngiltərə çempionatının 2-ci turunun “Tottenhem”lə matçı haqda (0:2) danışıb.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, qol epizodlarından yararlana bilmədiklərini dilə gətirib:

“Onların bizdən yaxşı olduğunu düşünmürəm. Görüşə yaxşı başlamışdıq, qol epizodlarımız da var idi. Çox təəssüf ki, onlardan yararlana bilmədik. Elə ən əsas məqam da məhz bu idi. Birinci hissədə qol vursaydıq, oyun tamamilə fərqli cür olardı”.

“Qırmızı şeytanlar” növbəti turda “Nottingem Forest”lə, “Tottenhem” isə “Bornmut”la qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button