“Orada penalti yox idi” – Şahin Diniyev
“Səbail”in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın 2-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri səfər oyunundan sonra fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən qarşılaşmadan sonrakı mətbuat konfransında bunları söyləyib:
“Çox gərgin oyun oldu. Hər iki komanda qalib gələ də, məğlub ola da bilərdi. Qarşılıqlı hücumlar şəraitində keçən matç idi. Komandada 7-8 oyunçu ilk dəfədir bir yerdə oynayır. Futbolçuların uyğunlaşması üçün 5-6 matç vacibdir. Taktiki cəhətdən ağıllı oynamağa və ötən turdakı səhvləri etməməyə çalışdıq. Bir neçə qol vəziyyətindən istifadə etsəydik, yaxşı olardı. Hesab oyuna görə oldu. Asan qollar buraxırıq. İki oyundur ki, qapımıza penaltilər verilir. Kənardan baxırdım, penalti yox idi. Sayef açıq ayaqla topa getmişdi. Yenə də müdafiəçi cərimə medyançasında sadə oynamalıdır. “Neftçi” qol vəziyyəti yarada bilmirdi. Komandama təşəkkür edirəm, dözdülər. Bir xal da xaldır. Bizim üçün başlanğıcdır. İrəli getməyə çalışacağıq”.
Bizi Facebook-da izləyin