“Barselona”nın Kanselo planı
“Mançester Siti”nin müdafiəçisi Joao Kanselo karyerasını “Barselona”da davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İspaniya klubu onu sonradan birdəfəlik almaq hüququ ilə icarə əsasında heyətinə qatmağı planlaşdırır.
Kanselo 2022/23 mövsümünün ikinci hissəsini “Bayern”də keçirib. O, Münhen təmsilçisində 21 oyuna çıxıb, bir qol vurub və altı məhsuldar ötürmə edib.
Portuqaliyalı futbolçunun “şəhərlilər”lə müqaviləsi 2027-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin