ABŞ şirkəti PSJ-nin ortaq sahibi ola bilər

Fransanın PSJ klubunun 5-15 faiz aralığında olan səhmlərini Amerika İnvestisiya Fondu ala bilər.

Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, Paris təmsilçisinin sahibi Nasser Əl-Xələfi məsələ ilə bağlı “Arctos Partners” şirkətinin sahibi ilə görüşüb.

“Arctos Partners” şirkətinin əsası 2019-cu ildə qoyulub, mərkəzi qərargahı ABŞ-nin Texas ştatının Dallas şəhərində yerləşir. Əsas məqsədi fərqli sahələr üzrə ixtisaslaşan şirkət rəhbərləri ilə birlikdə müxtəlif problemlər üzrə həllər yaratmağa yönəlmiş özəl investisiya qurumudur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button