“İlk hədəf “Neftçi”ni məğlub etməkdir” – Şenol Günəş
“Beşiktaş” klubunun baş məşqçisi Şenol Günəş açıqlama verib.
Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 71 yaşlı mütəxəssis bu həftəsonu start götürəcək Türkiyə Super Liqasının yeni mövsümünə hazır olduqlarını bildirib. O, əvvəlcə “Neftçi”yə qarşı keçiriləcək UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsi görüşünə köklənəcəklərini deyib:
“İlk hədəf “Neftçi”ni məğlub etməkdir. Bakıdakı oyundan sonra Super Liqa matçına hazırlaşacağıq. Mövsümboyu bütün oyunlarda komanda olaraq gücümüzü ortaya qoymalıyıq. Artıq tempi artırmaq zamanıdır. Heç kimin əsas heyətlə bağlı zəmanəti yoxdur, hər kəs rəqabətə hazır olsun. Əvvəlcə avrokuboklarda işimizi həll edək, sonra çempionat barədə düşünərik”.
“Neftçi” ilə “Beşiktaş” arasında ilk oyun avqustun 10-da “Neftçi Arena”da baş tutacaq. İstanbul təmsilçisi Super Liqanın 1-ci turunun matçını avqustun 14-də “Fatih Karagümrük”ə qarşı keçirəcək.
Bizi Facebook-da izləyin