“Qalatasaray” PSJ-nin daha bir futbolçusunu transfer edir
“Qalatasaray” klubu PSJ-nin yarımmüdafiəçisi Leandro Paredesi transfer etməyə hazırlaşır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə klubu artıq 6 milyon avro müqabilində argentinalını transfer etmək üçün Liqa 1 təmsilçisi ilə razılıq əldə edib.
Paredeslə 2027-ci ilə qədər nəzərdə tutulan müqavilənin imzalanacağı gözlənilir.
Futbolçu ötən mövsümü icarə əsasında “Yuventus”da keçirib. O, “qoca sinyora”nın heyətində 35 matçda 1 qol vurub və 1 məhsuldar ötürmə verib.
Xatırladaq ki, “aslanlar” yay transfer pəncərəsində PSJ-dən forvard Mauro İkardinin də transferini yekunlaşdırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin