“Qalatasaray” İkardi ilə müqavilə imzaladı – Rəsmi

“Qalatasaray” Mauro İkardinin transferini yekunlaşdırıb.

Komanda.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.

“Sarı-qırmızılar” argentinalı hücumçu üçün PSJ-yə 4 il ərzində 10 milyon avro təzminat ödəyəcək.

30 yaşlı forvard “cim-bom”la 3 illik müqavilə imzalayıb. Onun illik maaşı 6 milyon avro olacaq.

İkardi son mövsümü icarə əsasında “Qalatasaray”da keçirib. O, komandanın heyətində meydana çıxdığı 26 matçda 23 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button