ÇL: “Qarabağ”ın oyunu 6-cı oldu

UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı məlim olub.

Komanda.az xəbər verir ki, 12 qarşılaşmada ümumilikdə 73 278 tamaşaçı olub.

“Qarabağ”ın Polşada “Rakuv”a 2:3 hesabı ilə uduzduğu görüş bu göstəriciyə görə 6-cı pillədə qərarlaşıb. Matçda 5451 tərəfdar qeydə alınıb.

Ən çox azarkeş isə “Servette” (İsveçrə) – “Genk” (Belçika) oyununda olub. Matçı 18026 nəfər izləyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button