“Barselona” ən yaxşı futbolçulara layiqdir” – Serxi Roberto

“Barselona”nın futbolçusu Serxi Roberto fransalı hücumçu Kilian Mbappenin Kataloniya klubuna keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Komanda.az “Esports RAC1”-ə istinadən xəbər verir ki, o, “Barsa”nın ən yaxşı futbolçulara layiq olduğunu deyib:

“Bunun reallaşıb-reallaşmayacağına əmin deyiləm. Digər klublarda çıxış edən oyunçular barədə danışa bilmərəm. Bildiyim tək həqiqət var: “Barselona” ən yaxşı futbolçulara layiqdir”.

Kataloniya klubunun Mbappeni transfer etmək üçün PSJ-yə bir neçə futbolçu təklif etməyə hazır olduğu bildirilir.

Fransa millisinin üzvünün Paris klubu ilə hazırkı sözləşməsi 2024-cü ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button