Qayıbov: “Ermənilər nə vaxt gəliblərsə, Azərbaycan tərəfi təhlükəsizliyi təmin edib”
“Ermənilər nə vaxt gəliblərsə, Azərbaycan tərəfi təhlükəsizliyi təmin edib. Bundan sonra da belə olacaq”.
Komanda.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Bakıda keçiriləcək atıcılıq üzrə dünya çempionatı üçün Ermənistan təmsilçilərinin qeydiyyatdan keçmələrinə münasibət bildirərkən deyib.
Qayıbov turnirdə bütün ölkələrin təhlükəsizliyinin təmin olunacağını bildirib:
“Ölkəmizdə bir çox beynəlxalq tədbirlər təşkil edilir. Bunlar hər dəfə yüksək səviyyədə keçirilir”.
Dünya çempionatı 14 avqust-1 sentyabr tarixlərində keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin