“Qarabağ” – “Rakuv” oyunu alman hakimlərə tapşırıldı
UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Qarabağ” – “Rakuv” (Polşa) oyununu almaniyalı hakim idarə edəcək.
Komanda.az xəbər verir ki, qitə futbol qurumu avqustun 2-də keçiriləcək raundun cavab matçını Sven Yablonskiyə həvalə edib.
Ona Lasse Koslovski və Eduard Beytinger kömək edəcəklər. Görüşün dördüncü hakimi Tobias Reyxel olacaq.
Qarşılaşma Bakı Olimpiya Stadionunda keçiriləcək. “Qarabağ” iyulun 26-da Polşa çempionunun qonağı olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin