Avropa çempionu – İtaliya!
İtaliya yığması 19 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatının qalibi olub. Onlar finalda Portuqaliyanı 1:0 hesabı ilə məğlub ediblər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, qələbə qolunu görüşün 19-cu dəqiqəsində “Fiorentina”nın futbolçusu Maykl Olabode Kayode vurub.
Xatırladaq ki, İtaliya 20 illik fasilədən sonra turnirin qızıl medallarına yiyələnib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin