Klubla münasibəti yaxşı olmayan futbolçu təlim-məşq toplanışına aparılmır
“Nottingem Forest” yarımmüdafiəçi Conco Şelvini İspaniyada baş tutacaq təlim-məşq toplanışına aparmayacaq. Məşqçilər korpusu onun adını iştirak ərizəsinə daxil etməyib.
Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, klubla futbolçu arasında münasibətlər heç də yaxşı deyil. O, “Nottingem Forest”i tərk edə bilər.
Şelvi yanvarın 31-də Premyer Liqa təmsilçisi ilə 2025-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalayıb. O, 2022/23 mövsümündə 8 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin