Azərbaycanlı hakim Konfrans Liqası matçına təyinat aldı
Rumıniyada ÇFR və Türkiyənin “Adana Dəmirspor” komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununu azərbaycanlı hakimlər idarə edəcəklər.
Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanın baş hakimi Elçin Məsiyev olacaq.
Ona laynsmanlar Elşad Abdullayevlə Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Fərid Hacıyev yerinə yetirəcək.
Qarşılaşma iyulun 27-də keçiriləcək. Tərəflər arasındakı cavab görüşü avqustun 3-də baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin