Baş məşqçi Keynlə görüşəcək – İnandırmağa çalışacaq

“Tottenhem” klubu Harri Keynlə müqaviləni uzatmaq istəyir.

Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, “Tottenhem” rəhbərliyi ingilis hücumçu ilə yeni müqavilə imzalamağa ümid etmir. Tezliklə futbolçu komandanın yeni baş məşqçisi Angelos Postekoqlu ilə görüşəcək və o, onu Londonda qalmağa razı salmağa çalışacaq.

Xəbərdə qeyd olunur ki, müqavilə uzadılacağı təqdirdə, Keyn həftəlik 400 min funt-sterlinqə qədər qazana biləcək. Lakin maliyyə onun üçün əsas məsələ olmayacaq. Postekoqlu futbolçunu “Tottenhem”i avrokuboklara qaytara və klubla uğur qazana biləcəyinə inandırmalıdır.

Keynin London klubu ilə müqaviləsi gələn il başa çatacaq. “Bayern” klubu futbolçunun transferində maraqlıdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button