“Bura niyə gəldiyimi göstərməyə çalışacam” – Mahir Emreli

“Özümə inanıram, burada qalmaq və iz qoymaq istəyirəm”.

Komanda.az xəbər verir ki, bunu Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli “Sportske” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Zaqreb təmsilçisinin bir hissəsi olmaq imtiyazdır:

“Komandaya layiq olduğumu sübut etməliyəm. Bunu ilk növbədə kluba və azarkeşlərə borcluyam. Bura niyə gəldiyimi göstərməyə çalışacam. Yeni baş məşqçi İqor Bişçanla danışmaq imkanım olmayıb. Amma onun əfsanəvi futbolçu olduğunu bilirəm. Məşqlərimiz də əla keçir”.

Mahir ötən mövsüm icarə əsasında Türkiyənin “Konyaspor” klubunda çıxış etdiyini xatırladıb:

“Mənim üçün ən çətin mövsümlərdən biri idi. Bunu statistikadan da görmək olar. Təəssüf ki, “Dinamo”da az forma şansı əldə etdim və Türkiyəyə getmək variantı yarandı. Bunun düzgün qərar olduğunu düşünürəm. Amma orada da çətin dövr keçirdim. Çünki hazırlığı başa vurmuş, ən yaxşı formada olmayan və çoxlu məğlubiyyətlər alan komandaya keçmişdim. Uyğunlaşmağa da vaxtım yox idi. Hazırda buradayam və ümid edirəm ki, “Dinamo”da məni yaxşı günlər gözləyir”.

Emrelinin Zaqreb təmsilçisi ilə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button