“Atalanta” üçün İtaliyaya yollanacaq
Müdafiəçi Sead Kolaşinaç karyerasını İtaliyada davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “Atalanta”ya qoşulmaq üçün gələn həftə tibbi müayinədən keçmək məqsədiylə İtaliyaya yollanacaq.
30 yaşlı futbolçu 2022/23 mövsümünü icarə əsasında “Marsel”də keçirib. O, Fransa təmsilçisinin heyətində 41 oyuna çıxıb, dörd qol vurub və bir məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin