Nəsirlidən məhsuldar ötürmə, komandasından inamlı qələbə

Latviya çempionatında 19-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Ramin Nəsirlinin komandası “Dauqavpils” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Tukums 2000” ilə qarşılaşıb. Futbolçularımızın komandası meydanı qələbə ilə tərk edib – 3:1.

Ramin də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 83-cü dəqiqədə əvəzlənib. Komandasının 19-cu dəqiqədə vurduğu ikinci qol zamanı azərbaycanlı futbolçu məhsuldar ötürmə müəllifi olub.

Futbolçumzun komandası hazırda 17 xalla 10 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.

Müqavilə ilə “Neftçi”yə məxsus olan Ramin “Dauqavpils”də icarə əsasında forma geyinir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button