“Yuventus”da ayrılıq

“Yuventus” argentinalı yarımmüdafiəçisi Leandro Paredeslə yolları ayırıb.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, 28 yaşlı futbolçu ilə başa çatan icarə müqavilə yenilənməyib.

Paredes ötən mövsüm Turin təmsilçisinin heyətində 35 matçda 1 qol vurub və 1 qolun ötürməsini verib.

Xatırladaq ki, oyunçu müqavilə ilə PSJ-yə məxsusdur və o, Paris təmsilçisinin düşərgəsinə qayıdacaq.

“Yuventus” Paredesdən öncə digər argentinalı yarımmüdafiəçi Anxel Di Mariya ilə də yollarını ayırdığını açıqlamışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button