“Oyunçu karyerama son qoyan Alleqri oldu” – İnzaqi
Keçmiş futbolçu Filippo İnzaqi bildirib ki, “Yuventus”un baş məşqçisi Massimiliano Alleqriyə görə karyerasını vaxtından əvvəl başa vurub.
Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, İnzaqi bu barədə özünün tərcümeyi-halında yazıb:
“Oyunçu karyerama son qoyan Alleqri oldu. Əslində, 2012-ci ilin yazında “Milan”la müqaviləmin bir il müddətinə uzadılması barədə razılığa gəldik. Qısa müddətdə Paulo Maldini, Andrea Pirlo, Alessandro Nesta, Cennaro Qattuzo, Klarens Zeedorfu itirən bir paltardəyişmə otağında vacib şəxs olardım. Bunlar vacib elementlər idi.
O vaxt “Milan”ın vitse-prezidenti olan Adriano Qalliani mənimlə birgə bu qərara gəldiyi üçün sevindi. Alleqri isə bunu rədd etdi. O, daha məni paltardəyişmə otağında görmək istəmədi və klubdan müqaviləmi yeniləməməyi xahiş etdi. Bu, mənim üçün zərbə oldu”.
Bizi Facebook-da izləyin