Keçmiş futbolçu Messi haqda: “O, hər şeydən bezmişdi, ağlını itirmişdi”
Keçmiş futbolçu Jerom Roten hücumçu Lionel Messinin PSJ-dən ayrılmaq qərarı haqda danışıb.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, o, argentinalının klubda bəzi şeyləri fərqli istiqamətdə dəyişdirmək istədiyini bildirib:
“Messinin məşqi tərk etdiyi günü xatırlayırsız? Klub onun zədəli olduğunu bildirdi və hər şeyi ört-basdır etdi. Hamısı yalan idi. Səbəbini öyrənmək istəyirsiz? Çünki o, hər şeydən bezmişdi, ağlını itirmişdi. Messi məşqi tərk etdikdən sonra paltardəyişmə otağına getdi və duş qəbul etdi. Bu addım onun məşqçiyə və digər futbolçulara nə qədər hörmət etdiyini göstərir.
Lionel bir neçə dəfə məşqlərin səhər yaxşı keçmədiyini, günortadan sonra məşq etməli olduqlarını da bildirmişdi. Xoşbəxtlikdən, onun dedikləri reallaşmadı. Bu addım da onun bəzi şeyləri dəyişmək istədiyini və komandaya uyğunlaşmaq istəmədiyini göstərir”.
Messi 2021-2023-cü illərdə Fransanın PSJ klubunda çıxış edib. O, iyunun 7-də “İnter Mayami”yə keçidini açıqlayıb.
Bizi Facebook-da izləyin