Mahir Emreli “Konyaspor”la vidalaşdı

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Türkiyə “Konyaspor”undan ayrılır.

Komanda.az xəbər verir ki, bu barədə 25 yaşlı hücumçu özünün “instaqram” səhifəsində paylaşım edib.

Forvard “Hər şey üçün təşəkkürlər, “Konyaspor” yazıb.

Xatırladaq ki, Mahir Emreli müqavilə ilə məxsus olduğu Xorvatiyanın “Dinamo” (Zaqreb) klubuna qayıdacaq. O, fevraldan formasını geyindiyi “Konyaspor”da 12 oyuna 2 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button