Avropa nəhənglərinin hədəfindəki 18 yaşlı seneqallı
“Çelsi” və “Borussiya” (Dortmund) 18 yaşlı Mikayil Faye ilə yaxından maraqlanır.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, İngiltərə və Almaniya klubları Xorvatiyanın ikinci liqa komandası olan “Kustoşiya”da çıxış edən futbolçunun potensiallı olduğunu hesab edirlər.
Ötən ilin yayında seneqallı futbolçu Fransanın “Marsel” və “Reyms” klublarının təkliflərini geri çevirmişdi.
Bundesliqa klubu futbolçunun xidmətindən əsas komandada yararlanmaq istəyir. “Çelsi” isə müdafiəçi ilə sözləşmə imzalayacağı halda, onu icarəyə göndərməyi planlaşdırır.
Faye 2023-cü ilin fevralından “Kustoşiya”da forma geyinir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin