Tanınmış idman jurnalisti bu gün intihar edəcəyini yazdı – FOTO
Tanınmış idman jurnalisti Ceyhun Rzayev sosial şəbəkə hesabında intihar edəcəyini bildirib.
Komanda.az xəbər verir ki, “Xəzər” TV-də idman verilişlərində aparıcılığı ilə tanınan Rzayev bu gün saat 11:00-da intihar edəcəyini yazıb. O, telelanallardan gəlib onu çəkməyi də xahiş edib.
Rzayevin ailəsi ilə mülklə bağlı uzun zamandır davam edən məhkəməsi var. O, dəfələrlə bununla bağlı sosial şəbəkədə paylaşımlar edib, haqqı olan evin əlindən alındığını bildirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin