“Bayern”də Müller böhranı
Tomas Tuxelin baş məşqçi təyin olunmasından sonra az forma şansı qazanmağa başlayan “Bayern”in hücumçusu Tomas Müller yayda klubu tərk etməyə hazırlaşır.
Komanda.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, təcrübəli hücumçu karyerasını bitirməyi planlaşdırmır. 33 yaşlı alman ən azı 2024-cü ilə qədər top qovmaq niyyətindədir. Müller hətta Bundesliqada başqa kluba getməyə hazırdır, lakin bu, kubok ambisiyaları olan bir komanda olmalıdır.
Müller 2000-ci ildən “Bayern”də çıxış edir. O, 11 dəfə Bundesliqanın, 2 dəfə Çempionlar Liqasının qalibi olub. Münhen təmsilçisində 663 rəsmi matç keçirmiş futbolçu 234 qol vurub, 255 asist müəllifi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin