Xarici KİV: Şakiranın qardaşı Pikeni döyüb
“Barselona”nın keçmiş futbolçusu Jerar Pike ilə bir müddət əvvəl ayrıldığı həyat yoldaşı Şakira arasında gərginlik yaşanıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Pike övladlarını görmək üçün Mayamiyə gedib. Bu zaman cütlük arasında mübahisə olub.
Onların arasında mübahisə böyüdükdə isə Şakiranın qardaşı müdaxilə edib. Pike ilə Tonino Meberak yumruq davasına başlayıb. Müğənninin qardaşının keçmiş futbolçunu döydüyü deyilir.
Pike ilə Şakira 12 il evli olublar. Onların 2 övladı var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin