“Biz “A, B, C” öyrənməyə çalışarkən, o, artıq bütün əlifbanı bilirdi”

Argentinalı keçmiş hücumçu Ernan Krespo braziliyalı Ronaldonu öz dövrünün ən yaxşı futbolçusu adlandırıb.

Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, Krespo, Ronaldonu vaxtı ilə əvəzləmək üçün “İnter”ə keçidinin onun üçün çətin olduğunu bildirib:

“Ronaldo bizim nəsildə bir nömrəli idi. Şübhəsiz ki, bizim üçün Ronaldo fenomen idi. Hamımız sadəcə ən yaxşısını göstərməyə çalışan insanlar idik və o, meydanda başqalarının bacarmadığı bir şeyə qadir olan biri idi. Sahib olduğu texnika və sehrə görə onun oyununu izləmək xoş idi. Biz “A, B, C” öyrənməyə çalışarkən, o, artıq bütün əlifbanı bilirdi. Ronaldonu əvəzləmək üçün “İnter”ə keçid mənim üçün çətin idi”.

46 yaşlı Ronaldo iki dəfə “qızıl top”un qalibi olub, ikiqat dünya çempionu adını qazanıb, üç dəfə FİFA tərəfindən dünyanın ən yaxşı oyunçusu kimi tanınıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button