AFFA və “Səbail” rəsmiləri Xaçmaza niyə gedib?
AFFA-nın və Futbolun İnkişafı Fondunun (FİF) nümayəndələri Xaçmazda səfərdə olub.
Komanda.az xəbər verir ki, səfər zamanı rəsmi şəxslər arasında görüş baş tutub.
Görüşdə Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, AFFA-nın İnfrastruktur üzrə direktoru Fuad Cəfərov, FİF-in icraçı direktoru Tural Piriyev, “Səbail” klubunun Müşahidə Şurasının sədri Əbdülqəni Nurməmmədov və üzvü İxtiyar Asyabi iştirak edib.
Söhbət zamanı icra başçısına klub və FİF-in fəaliyyəti barədə məlumat verilib. Eyni zamanda, ASCO-nun dəstəyi ilə Xaçmazda görülən işlər haqda fikir mübadiləsi aparılıb.
Ardından görüş iştirakçıları Xaçmazda inşasına başlanılan stadionlara baş çəkiblər. Maraqlıdı ki, həmin arenalar ASCO-nun dəstəyi ilə inşa edilir. Stadionların tikilməsində məqsəd orada “Səbail” akademiyasının təlim-məşq bazasının yaradılması, uşaq futbolunun inkişaf etdirilməsi üçün müasir tələblərə cavab verən infrastrukturun müvafiq yaş qruplarına aid komandaların istifadəsinə verilməsidir.
Bundan əlavə, bildirilib ki, müxtəlif yaş qruplarından ibarət Azərbaycan yığmaları da bazadan təmənnasız istifadə edə bilələr.
Bizi Facebook-da izləyin