Milli üzvü Niderlandda daha bir qol vurdu
Futbol üzrə Niderland birinci divizionunda 33-cü turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Venlo” ilə qarşılaşıb. Futbolçumuzun komandası meydanı heç-heçə ilə tərk edib – 2:2.
Ozan da bu görüşün iştirakçısı olub. O, 58-ci dəqiqədə meydana buraxılıb. Komandasının ikinci qolunu da 68-ci dəqiqədə millimizin üzvü vurub. Bu, onun mövsümdəki 6-cı qoludur.
“Eyndhoven” hazırda 51 xalla 20 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin