Türkiyə klubu sabiq oyunçusunu geri qaytardı
Türkiyənin “Giresunspor” klubu sabiq yarımmüdafiəçisi Co Çempnessi yenidən heyətinə cəlb edib.
Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Co Çempness 2021-ci ilin avqustundan 2022-ci ilin aprelinə qədər məhz “Giresunspor”da forma geyinib. Lakin həmin vaxt klub onun maaşını gecikdirdiyi üçün, futbolçu Türkiyəni tərk edərək ölkəsi Yeni Zelandiyaya qayıtmışdı. Həmin dövrdən bəri Çempness heç bir başqa klubla müqavilə bağlamayıb. O, müqavilə ilə hələ də Giresun təmsilçisinə məxsus olduğundan, klub rəhbərliyi futbolçunu geri qayıtmağa razı sala bilib. Bunda Super Liqa təmsilçisinə transfer qadağası qoyulması da böyük rol oynayıb.
Co Çempness vaxtilə Türkiyə komandasında 13 oyuna çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə müəllifi olub. 25 yaşlı vinger Yeni Zelandiya yığmasında da 6 oyun keçirib.
Bizi Facebook-da izləyin