“Vest Hem”də oynadığımdan bəri belə axmaq qollar buraxmamışdıq”

“Vest Hem”in yarımmüdafiəçisi Deklan Rays İngiltərə Premyer Liqasının 7-ci turundan təxirə salınan “Nyukasl”la qarşılaşmanı (1:5) şərh edib.

Komanda.az “BBC Sport”-a istinadən xəbər verir ki, o, nəticəni qəbullanmağın çətin olduğunu deyib:

“Qapımızdan beş qol buraxdığımızı qəbul etmək çətindir. Oyun qəribə keçdi. 0:2 hesabı ilə geridə olanda inanırdıq ki, hər şey bizim xeyrimizə düzələcək. İkinci hissənin əvvəlində rəqibin vurduğu qol bizi məhv etdi. “Vest Hem”də oynadığımdan bəri belə axmaq qollar buraxmamışdıq”.

“Vest Hem” hazırda İngiltərə çempionatının turnir cədvəlində 27 xalla 15-ci, “Nyukasl” isə 53 xalla 3-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button