“Bu klubda uğur qazanmaq üçün nə lazım olduğunu bilirəm” – Şou
“Mançester Yunayted”in müdafiəçisi Luk Şou klubla müqavilənin yenilənməsinə münasibət bildirib.
Komanda.az xəbər verir ki, ingilis müdafiəçi klubun mətbuat xidmətinə açıqlamasında “Mançester Yunayted”də çox inkişaf etdiyini deyib:
“Doqquz il əvvəl mən bu heyrətamiz klubla müqavilə imzaladım və sözləşməni uzatdığım üçün çox şadam. Mançesterə gəldiyim gündən həm bir insan, həm də oyunçu kimi çox inkişaf etmişəm. Bu klubda uğur qazanmaq üçün nə lazım olduğunu bilirəm. Baş məşqçi və onun məşqçilər heyətinin rəhbərliyi altında yolun başlanğıcındayıq. Bu mövsüm artıq uğur qazanmışıq, amma daha çox şey istəyirik. Burada xüsusi bir şey yaratmaq üçün əla fürsətimiz var və mən bunun bir hissəsi olmaq üçün əlimdən gələni edəcəm”.
Yeni müqavilə 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
27 yaşlı futbolçu 2014-cü ildən bəri “Mançester Yunayted”də 249 oyuna çıxıb, 4 qol vurub və 28 məhsuldar ötürmə edib.
Bizi Facebook-da izləyin