Azərbaycan gimnastları beynəlxalq turnirdə 7 medal qazanıb
Azərbaycan gimnastları Polşanın Krakov şəhərində keçirilən batut gimnastikası və tamblinq üzə 10-cu Vavel beynəlxalq turnirində 7 medal qazanıblar.
Gimnastika Federasiyasından Komanda.az-a verilən məlumata görə, milli komanda yarışı 4 qızıl, 2 gümüş və 1 bürünc mükafatla başa vurub.
Yığmanın heyətində Ammar Baxşaliyev (13-14 yaş, batut gimnastikası), Nicat Mirzəyev (15-16 yaş, batut gimnastikası), Aleksey Karataşov (15-16 yaş, tamblinq), Bilal Qurbanov (böyüklər, tamblinq) birinci, Fərhad Mustafayev (11-12 yaş, batut gimnastikası), Tofiq Əliyev (böyüklər, tamblinq) ikinci, Adil Hacızadə (böyüklər, tamblinq) isə üçüncü yeri tutub.
Martın 30-da start götürən turnir aprelin 4-də yekunlaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin