“Qarabağ” – “Qalatasaray” matçında azarkeşlər üçün marşrutlar təşkil olunacaq

“Qarabağ”la “Qalatasaray” arasında keçiriləcək yoldaşlıq oyunu ilə əlaqədar azarkeşlərin daşınmasının həyata keçirilməsi məqsədilə 26.03.2023-cü il tarixində “Qara Qarayev” metro stansiyası və Səməd Vurğun bağını (Dilarə Əliyeva küçəsi) Bakı Olimpiya Stadionu ilə əlaqələndirən X1 və X2 nömrəli ekspress marşrutlar təşkil edilib.

Komanda.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, ekspress xətt üzrə avtobuslarla azarkeşlərin Bakı Olimpiya Stadionuna daşınması saat 18:00-dan başlayaraq icra ediləcək. Ekspress xətt üzrə sonuncu avtobus 19:30-da 28 May m/s-dan, 19:45-də Qara Qarayev m/s-dan Bakı Olimpiya Stadionunun ictimai nəqliyyat terminalına hərəkət edəcək.

Oyun bitdikdən sonra azarkeşlərin stadionun ictimai nəqliyyat terminalından Qara Qarayev m/s və 28 May m/s (Səməd Vurğun bağı) istiqamətində daşınması həyata keçiriləcək. Azarkeşlərdən xahiş olunur ki, oyun bitdikdən sonra ictimai nəqliyyat terminalına getmək üçün şimal piyada körpü keçid məntəqəsi istiqamətində hərəkət etsinlər.

Martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:00-da start götürəcək.

“Qarabağ” – “Qalatasaray” görüşünün bilet satışından əldə ediləcək gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button