Avstriya yığmasında millimizlə oyundan öncə daha 3 itki
Avstriya yığmasının daha üç futbolçusu Azərbaycan millisinə qarşı AÇ-2024-ün seçmə mərhələ oyununda meydana çıxmayacaq.
Komanda.az xəbər verir ki, Almaniya “Frayburq”undan Filip Linhart, “Darmştadt”dan Matias Honsak və İtaliya “Bolonya”sından Marko Arnautoviç zədə səbəbindən komandasına kömək edə bilməyəcək.
Bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb. Yığmanın baş məşqçisi Ralf Ranqnik onların əvəzinə Almaniya “Verder”indən Romano Şmid və İtaliya “Salernitana”sından Flavius Danilyuka dəvət göndərib.
Xatırladaq ki, daha əvvəl LASK klubunun qapıçısı Aleksander Şlager eyni səbəbdən milli komandadan kənarlaşdırılmışdı.
Avstriya seçməsi martın 24-də Azərbaycan, 27-də isə Estoniya yığması ilə Linz şəhərində qarşılaşacaq.
Bizi Facebook-da izləyin