İspan dilini öyrənir – “Real”ın baş məşqçisi olmaq üçün
“Çelsi”nin keçmiş çalışdırıcısı Tomas Tuxel Karlo Ançelottini əvəzləmək üçün “Real”ın namizədlər siyahısındadır.
Komanda.az “Bild” nəşrinə istinadən xəbər verir ki, 49 yaşlı almaniyalı mütəxəssis artıq ispan dilini də öyrənməyə başlayıb.
Tuxelin son klubu ötən ilin sentyabrında tərk etdiyi “Çelsi” olub. Bundan əvvəl o, PSJ, “Borussiya” (Dortmund) və “Maynts” komandalarını çalışdırıb.
Əvvəllər bildirilirdi ki, “Real” bu mövsüm bir kubok qazanmasa, Ançelotti istefaya göndəriləcək.
Madrid təmsilçisi 25 turdan sonra İspaniya La Liqasında “Barselona”dan 9 xal geri qalır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin