Haland Messinin rekordunu təkrarladı

“Mançester Siti” UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə “Leyptsiq”i məğlub edib (7:0).

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, həmin matç “şəhərlilər”in hücumçusu Erlinq Haland üçün əlamətdar olub. Görüşdə beş qol vuran forvard Lionel Messi və Luis Adrianonun rekordunu təkrarlayıb.

Argentinalı futbolçu 2012-ci ildə “Barselona”da oynayarkən “Bayer”ə (Leverkuzen) qarşı matçda, Adriano isə 2014-cü ildə “Şaxtyor”un (Donetsk) heyətində BATE ilə qarşılaşmada penta-trikə imza atıb.

Eyni zamanda, Haland qitənin bir nömrəli klub turnirində 30 qola çatan ən gənc futbolçu olub. Meydana çıxdığı 25 matçda 30 dəfə fərqlənən norveçli forvard bunu 22 yaş 236 günündə bacarıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button