“Buraxdığımız ilk qol çox axmaqca idi” – Qalte
PSJ-nin baş məşqçisi Kristof Qalte UEFA Çempionlar Liqasının 1/8 finalının “Bayern”lə cavab qarşılaşmasından sonra (0:2) danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, futbolçularının qol şanslarından yararlana bilmədiyini deyib:
“Qol şanslarımız olanda hesabı aça bilmədik. İlk hissədə yaxşı oynadıq. Qol imkanlarından yararlana bilmədik. Buraxdığımız ilk qol çox axmaqca idi.
Doğrudur, “Bayern” təzyiq edirdi. Bəzən bununla mübarizə aparmaq üçün topu daha uzağa vurmaq lazımdır. Bu, utanılası bir şey deyil. Oyunun bir saatı tamam olduqdan sonra hər şey çətinləşir”.
İki oyunun nəticəsinə əsasən, Paris klubu “Bayern”ə 0:3 hesabı ilə uduzub və turnirlə vidalaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin