Rusiyalı futbolçu ilə yeni müqavilə imzaladılar
“Monako”nun yarımmüdafiəçisi Aleksandr Qolovin klubu ilə müqaviləsinin müddətini uzadıb.
Komanda.az xəbər verir ki, 26 yaşlı rusiyalı futbolçunun yeni anlaşması 2026-cı ilin yayına qədər nəzərdə tutulub.
Onun Liqa 1 klubu ilə əvvəlki müqaviləsi 2024-cü ilin yayında başa çatırdı. Yeni müqavilədə sabit kompensasiya məbləği yoxdur.
Qolovin 2018-ci ilin yayında Moskva CSKA-sından “Monako”ya keçmişdi.
O, bu mövsüm bütün yarışlarda 35 oyun keçirib, 6 qol vurub və 7 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin