“Beşiktaş” təxirə salınmış oyunda xal itirdi
Türkiyə Super Liqasında əvvəlki turlardan təxirə salınmış oyunlar keçirilib.
Komanda.az xəbər verir ki, bu gün 2 görüş baş tutub.
“Beşiktaş” “Antalyaspor”la ev oyunundan qolsuz ayrılıb. Günün digər oyununda “Ümraniyəspor”la “Adana Dəmirspor” da meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər.
Hazırda 54 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbaxça” 48 xalla ikincidirsə, “Beşiktaş”la “Başakşəhər” 40 xalla üçüncü pilləni bölüşdürürlər. “Adana Dəmirspor”un 39, “Trabzonspor”un 38, “Kayserispor”un 35, “Konyaspor”un 27, “Fatih Karagümrük”ün 26 xalı var.
Türkiyə Super Liqası
25 fevral
14-cü turun oyunu
Beşiktaş – Antalyaspor 0:0
23-cü turun oyunu
Ümraniyəspor – Adana Dəmirspor 1:1
Qol: Kayode, 90 – Ndiaye, 79.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin